Yuxarı

​Beş magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bir neçə rayonun kəndlərinə qaz verilişində məhdudiyyətlər olacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyük-Şor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” və “Rəncbər”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi”, Qazax magistral qaz kəmərləri sahəsinin ”Yuxarı Salahlı” və “Qazax”, eləcə də Astara magistral qaz kəmərləri sahəsinin “Lənkəran” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi və Qubalı, Kürdəmir rayonunun Sığırlı, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı, Siyəzən və Xızı rayonlarının ''Giləzi'', “Yeni Yaşma”, “Şurabad”, “Beşdam”, “Sitalçay”, “Zarat”, Cahandar”, “Qara Siyəzən” kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonu və Qazax şəhərin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.                               

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi