Beş ayda BTC ilə 13,4 mln. ton neft nəql edilib

Beş ayda BTC ilə 13,4 mln. ton neft nəql edilib Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 16 536,2 min ton neft nəql edilib.
Energetika
20 İyun , 2019 11:23
Beş ayda BTC ilə 13,4 mln. ton neft nəql edilib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 16 536,2 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbər görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,1% az olub.

Nəqletmənin 81,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 415,2 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 2,4% azdır. Dövr ərzində BTC kəməri ilə 1 984,6 min ton (23,5% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Son xəbərlər

Orphus sistemi