“Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək

“Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək Fevralın 25-də Energetika Nazirliyi “Facebook” sosial şəbəkəsi vasitəsilə “Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçirəcək
Energetika
17 Fevral , 2021 10:01
“Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək

Fevralın 25-də Energetika Nazirliyi “Facebook” sosial şəbəkəsi vasitəsilə “Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçirəcək.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vebinarda günəş, külək, kiçik hidro, biokütlə, geotermal, dalğaların enerjisi kimi bərpa olunan enerji növləri və texnologiyaları, onlardan istifadə sahələri, əsas üstünlükləri, ətraf mühitə və ekologiyaya təsirləri haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Vebinarda iştirak etmək istəyənlər aşağıda göstərilmiş “Facebook” səhifəsinə abunə ola və 25 fevralda, saat 18:00-da həmin səhifədən vebinara qoşula bilərlər:

https://bit.ly/37Aegt9

Son xəbərlər

Orphus sistemi