Bərpa olunan enerji ilə bağlı yaradılmış komissiyanın 6-cı iclası olub

Bərpa olunan enerji ilə bağlı yaradılmış komissiyanın 6-cı iclası olub İclası energetika naziri Pərviz Şahbazov keçirib
Energetika
19 Mart , 2021 09:59
Bərpa olunan enerji ilə bağlı yaradılmış komissiyanın 6-cı iclası olub

Prezident İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış komissiyanın 6-cı iclası videokonfrans formatında keçirilib.

Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iclasda komissiyanın sədri, nazir Pərviz Şahbazov bildirib ki, yaşıl enerjidən istifadənin genişləndirilməsi dövlət başçısının imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam ilə beş prioritet istiqamətdən biri kimi müəyyənləşdirilib. 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə artıq razılaşdırılıb. Günəş enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsi ölkəmizdə bərpa olunan enerjidən istifadə ilə bağlı irəli sürülmüş vəzifələrin icrasına nail olmağa əhəmiyyətli töhvələr verəcək.

Daha sonra layihənin icrası ilə bağlı sənədlər müzakirə edilib və verilən təkliflər nəzərə alınmaqla təsdiq olunub.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Mərkəzi Bankının, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi