Yuxarı

Bərdənin daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Bununla da Bərdə rayonu üzrə təbii qazla təchiz olunmuş yaşayış məntəqədlərinin sayı 100-ə çatdırılıb

Bakı.20 sentyabr. REPORT.AZ/ Sentyabrın 20-də - neft-qaz sənayesi işçilərinin peşə bayramı günündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bərdə rayonunun Hacallı kəndinə ilk dəfə təbii qaz verilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 331 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə 20 743 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bununla da Bərdə rayonu üzrə təbii qazla təchiz olunmuş yaşayış məntəqədlərinin sayı 100-ə çatdırılıb. O da qeyd olunub ki, hazırda rayonun daha 4 kəndində - Lənbəran, Otuzikilər, Mollalı və Mustafaağalı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. Bundan sonra Bərdə rayonu üzrə qazlaşma səviyyəsi 94%-ə çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi