Belarusun “Belneftxim” konserni bəyan edib ki, “Dostluq” boru kəməri ilə ölkəyə daxil olan Rusiyanın “Urals” ixrac neft qarşığının keyfiyyəti kəskin aşağı düşüb.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Konsernin bəyanatına əsasən, daxil olan neftdə orqanik xlorun birləşmələrinin miqdarı həddən artıq mövcuddur ki, bu da neft emal zavodlarının fəaliyyətinin texnoloji rejimlərinin pozulmasına gətirib çıxara bilər.
Rusiyanın “Transneft” şirkətindən isə bildiriblər ki, şirkət sutkalıq olaraq orqanik xloridlərin mövcudluğunun göstəricilərini monitorinq edir, həmçinin kirlənmə mənbəyini təyin etmək üçün arbitraj nümunələri keçirir.