Azərbaycanın Belarusa göndərdiyi neft Ukraynada qəbul olunub

Azərbaycanın Belarusa göndərdiyi neft Ukraynada qəbul olunub Ukraynanın Odessa vilayətinin Cənub neft terminalında Azərbaycandan tankerlə gətirilmiş Belarusa çatacaq neft “Ukrtransnafta” dövlət neft nəqli şirkəti tərəfindən qəbul olunub.
Energetika
12 Mart , 2020 21:06
Azərbaycanın Belarusa göndərdiyi neft Ukraynada qəbul olunub

Ukraynanın Odessa vilayətinin "Cənub" neft terminalında Azərbaycandan tankerlə gətirilmiş Belarusa çatacaq neft “Ukrtransnafta” dövlət neft nəqli şirkəti tərəfindən qəbul olunub.

“Report” xəbər verir ki, bu barədə şirkətin “Facebook” səhifəsində paylaşdığı məlumatda qeyd edilir:

“90 min ton həcmində “Azeri Light” markalı neft daşıyan ilk tankerin Yujne dəniz neft terminalında qəbuluna başlanılıb. Həmin neft daha sonra Odessa – Brodı neft kəməri və “Drujba” kəməri xətlərinin biri ilə Belarus neftayırma müəssisələrinə nəql olunacaq”.

Qeyd edək ki, Belarusa neft nəqli ilə bağlı xidmətlər “Ukrtransnafta” ilə “Belarusian Oil Company”nin törəmə şirkəti olan Böyük Britaniyanın “BNK Limited” şirkəti arasındakı müqaviləyə əsasən göstərilir. 2020-ci ilin sonunadək qüvvədə olan bu müqavilə Odessa – Brodı kəməri ilə və “Drujba” kəməri ilə Belarusun Mozir şəhərinə nəqlini nəzərdə tutur.

Bundan əvvəl Belarusun “Belneftxim” dövlət şirkəti iki tankerlə 160 min ton neftin tədarükü haqqında SOCAR ilə müqavilə imzaladıqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi