Belarus "Qazprom"a 1 milyard dollara yaxın qaz borcu ödəyəcək

Belarus "Qazprom"a 1 milyard dollara yaxın qaz borcu ödəyəcək Bu barədə Rusiya tərəfi məlumat yayıb
Energetika
4 Aprel , 2017 05:18
Belarus Qazproma 1 milyard dollara yaxın qaz borcu ödəyəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Minsk neft və qazla bağlı düzəliş edilmiş sənədlərin paraflanmasından sonra Rusiyanın "Qazprom" şirkətinə 726 milyon dollar məbləğində borc ödəyəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin nümayəndələri məlumat yayıb.

Qeyd olunub ki, belə bir qərar danışıqlardan sonra qəbul olunub.

Yaxın günlərdə Belarusa neft tədarükünün bərpa olunacağı bildirilir. Onların həcmi ildə 24 milyon ton təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi