Belarus neftin 3 yeni marşrutla nəqli üzrə tariflər tətbiq edib

Belarus neftin 3 yeni marşrutla nəqli üzrə tariflər tətbiq edib “Qomeltransneft Drujba” ASC nazirliyə müraciət edərək üç istiqamətdə neft nəqli tariflərinin təyin edilməsini xahiş edib
Energetika
4 May , 2021 18:12
Belarus neftin 3 yeni marşrutla nəqli üzrə tariflər tətbiq edib

Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi neftin üç əlavə marşrutla nəqli üzrə tariflər təyin edib.

“Report” Belarus mətbuatına istinadən xəbər verir ki, müvafiq fərman çərşənbə axşamı milli hüquq portalında dərc edilib.

Bir qədər öncə, “Qomeltransneft Drujba” ASC nazirliyə müraciət edərək Nevel (Rusiya-Belarus sərhədi) – Polotsk (Belarus), Uneça (Rusiya-Belarus sərhədi) – Polotsk, Polotsk – Novopolotsk istiqamətlərində neft nəqli tariflərinin təyin edilməsini xahiş edib.

Sənədə uyğun olaraq, neft nəqli üçün tariflər Nevel – Polotsk marşrutu üzrə hər netto ton üçün 45,39 Rusiya rublu (1,03 manat), Uneça – Polotsk marşrutu üzrə 175,6 rubl (3,99 manat), Polotsk – Novopolotsk marşrutu üzrə 0,46 rubl (0,010 manat) təyin edilib (ƏDV xaric).

Son xəbərlər

Orphus sistemi