Belarus 705 min ton çirklənmiş nefti ərazisindən çıxarıb

Belarus 705 min ton çirklənmiş nefti ərazisindən çıxarıb 26 iyunadək Belarusun ərazisindən 705,2 min ton çirkli nefti çıxarılıb.
Energetika
28 iyun 2019 08:56
Belarus 705 min ton çirklənmiş nefti ərazisindən çıxarıb

26 iyunadək Belarusun ərazisindən 705,2 min ton çirkli nefti çıxarılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirinin müavini İqor Lyaşenko bildirib.

O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində avqustun 15-dək çirklənmiş neft keyfiyyətli neftlə tam əvəz olunacaq. Belarusun neft kəmərlərində ümumilikdə 1,2 mln. ton çirklənmiş neft olub.

Qeyd edək ki, aprelin 18-də Mozır neft emalı zavodunda neftdə orqanik xloridin çox olması aşkarlanıb. Həmin neft Samara vilayətindən daxil olan neft olub. Avropaya Drujba kəməri ilə neft nəqli dayandırılıb. İyunun 9-dan isə bu kəmərlə neft tranziti bərpa edilib.

Orphus sistemi