Bakı. 27 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus "International Tubulars FZE" şirkətinin Azərbaycanda filialı açılıb.
"Report" xəbər verir ki, bu barədə "Vergilər" qəzetində qeyd olunub.
Filial Bakı şəhərinin Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanında yerləşir. Filialın qanuni təmsilçisi Böyük Britaniya vətəndaşı Blok Condur.
Şirkət neft-qaz sektoru üçün avadanlıqlar təchiz edir. Şirkət 1998-ci ilə yaradılıb, baş ofisi Dubayda yerləşir.