BƏƏ fevralda neft hasilatının azaldılması üzrə kvotanı yerinə yetirib

BƏƏ fevralda neft hasilatının azaldılması üzrə kvotanı yerinə yetirib Martda hasilat tempinin azaldılması 100 faizi ötəcək
Energetika
8 Mart , 2017 04:20
BƏƏ fevralda neft hasilatının azaldılması üzrə kvotanı yerinə yetirib

Bakı. 8 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri cari ilin fevral ayında neft hasilatının azaldılması üzrə öz kvotasını tam olaraq yerinə yetirib, martda hasilatın azaldılması tempi daha da artırılacaq.

"Report" xəbər verir ki, bunu BƏƏ-nin energetika naziri Suheyl Məhəmməd Fərəc əl-Mazrui Hyustonda keçirilən "CERAWeek" neft konfransının kuluarlarında jurnalistlərə deyib.

"Biz fevralda 100 faizlik nəticə əldə etdik, martda bu, 100 faizi də ötəcək", - deyə nazir bildirib və BƏƏ-nin bu şəkildə yanvar ayının planı üzrə geriliyi aradan qaldıracağını əlavə edib.

Son xəbərlər

Orphus sistemi