Yuxarı

BƏƏ-də neftin barelinin 50 dollar olmasını bəşəriyyət üçün hədiyyə hesab edirlər

Əl-Mənsuri: İstərdik ki, qiymətlər 70, 80 dollara qalxsın

Bakı. oktyabr 26. REPORT.AZ/ "Neftin 1 barelinin qiymətinin 50 dollar olması bəşəriyyət üçün hədiyyədir. Çünki bu, iqtisadi artımı sürətləndirəcək". "Report" RBK-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin İqtisadi İnkişaf Departamentinin rəhbəri Əli əl-Mənsuri deyib.

Departament başçısı neftin qiymətini hansı səviyyədə görmək istədiklərini də açıqlayıb: "Neftin barelinin 50 ABŞ dolları səviyyəsində qalmasını istəyirik? Əlbəttə ki, xeyr. İstərdik ki, qiymətlər 70, 80 dollara qalxsın. Amma daha yüksək qiymətlər iqtisadi artıma mənfi təsir edir".

Əl-Mənsurinin fikrincə, 2014-cü ildə rekord dərəcədə aşağı düşən neftin qiyməti 2016-cı ildə 60 ABŞ dolları civarında olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi