BƏƏ Azərbaycandan aviasiya yanacağı tədarükünü 21 dəfə artırıb

Energetika
  • 03 avqust, 2022
  • 06:14
BƏƏ Azərbaycandan aviasiya yanacağı tədarükünü 21 dəfə artırıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycandan xaricə 20,362 milyon ABŞ dolları dəyərində 24 min 489 ton aviasiya yanacağı göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,2 dəfə, kəmiyyət olaraq – 85,1 % çoxdur.

Hesabat dövründə Lüksemburqa 7,762 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,2 dəfə artıb) 10 min 989 ton (+26,1 %), Türkiyəyə 3,374 milyon ABŞ dolları dəyərində (+4,4 dəfə) 3 min 454 ton (+3,4 dəfə), Rusiyaya 2,585 milyon ABŞ dolları dəyərində (+9,3 dəfə) 2 min 668 ton (+7,3 dəfə), Gürcüstana 2,045 milyon ABŞ dolları dəyərində (+4,3 dəfə) 2 min 599 ton (+2,6 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1,208 milyon ABŞ dolları dəyərində (+27 dəfə) 1 min 238 ton (+21 dəfə) məhsul satılıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.