Beynəlxalq Enerji Agentliyi dünya üzrə neftə tələbatın artım proqnozunu yüksəldib

Beynəlxalq Enerji Agentliyi dünya üzrə neftə tələbatın artım proqnozunu yüksəldib Bakı. 18 yanvar. REPORT.AZ/ Beynəlxalq Enerji Agentliyi (International Energy Agency-IEA) 2019-cu ildə dünyada neftə tələbatın artım proqnozunu gündəlik 1,4 mln. barelə qədər yüksəldib.
Energetika
18 yanvar 2019 12:04
Beynəlxalq Enerji Agentliyi dünya üzrə neftə tələbatın artım proqnozunu yüksəldib

Bakı. 18 yanvar. REPORT.AZ/ Beynəlxalq Enerji Agentliyi (International Energy Agency-IEA) 2019-cu ildə dünyada neftə tələbatın artım proqnozunu gündəlik 1,4 mln. barelə qədər yüksəldib.

"Report" xəbər verir ki, bu barədə agentliyin aylıq hesabatında deyilir.

Agentlik bundan əvvəlki hesabatında 2019-cu ildə tələbin artımını gündəlik 1,3 mln. barel səviyyəsində proqnozlaşdırmışdı.

Bundan əlavə, hesabatda qeyd olunur ki, dekabr ayında İran neftinin ümumi ixracı gündəlik 1,3 mln. bareldən çox artıb.

ABŞ neftinin hasilat proqnozu gündəlik 1,3 mln. barel olmaqla dəyişməz qalıb. 

"Digər iki nəhəng hasilatı könüllü şəkildə azaldarkən ABŞ dünyanın bir nömrəli neft hasilatçısı kimi liderliyini gücləndirir. İlin ortasına qədər ABŞ-da neft hasilatı, çox güman ki, Səudiyyə Ərəbistanı və ya Rusiyanı ötəcək", - hesabatda deyilir.

Son xəbərlər

Orphus sistemi