Bayram günləri "Azəriqaz"a edilən müraciətlərin sayı açıqlanıb

Bayram günləri "Azəriqaz"a edilən müraciətlərin sayı açıqlanıb Bayram günlərində, yəni mart ayının 19-dan indiyədək “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı mərkəzinə 14 089 məlumat daxil olub.
Energetika
25 Mart , 2022 14:06
Bayram günləri Azəriqaza edilən müraciətlərin sayı açıqlanıb

Bayram günlərində, yəni mart ayının 19-dan indiyədək “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı mərkəzinə 14 089 məlumat daxil olub.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin mətbuat xidmətindən məlumat verilib.

"Daxil olan bütün müraciətlərin icrası Birlik əməkdaşları tərəfindən təmin edilib”, - bunu “Azəriqaz” İB-nin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Şöbə rəisinin sözlərinə görə, sayğaclarda yaranan problemə görə regionlardan 741, Bakı şəhərində əvvəlcədən ödənişli (smart-kart tipli) sayğaclara ödənişlərin edilməsi ilə bağlı 2 417, sayğaclarda yaranan digər problemlərlə bağlı isə Birliyə 4 467 müraciət ünvanlanıb. “Hava şəraitindən asılı olmayaraq bütün müraciətlərin həlli istiqamətində əməkdaşlarımız üzərlərinə düşən işi layiqincə yerinə yetiriblər”, – deyə, o, əlavə edib.

Son günlər mətbuatda, sosial şəbəkələrdə Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı jurnalistin ünvanladığı sualı Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev cavablandırıb. Şöbə rəisi sözü gedən ərazinin Azərbaycanın əzəli və tarixi ərazisi olduğunu, bütün bölgələrdə olduğu kimi bu bölgənin də təbii qazla təmin olunmasının vacibliyini bildirib. O, 30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etməyin qeyri-mümkün olduğunu qeyd edib. O ərazidə infrastruktur bərbad vəziyyətdədir və “Azəriqaz” İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır. Ermənilərin dünya ictimaiyyətini bu məsələ yönəltməsində məkirli səbəblərin olduğunu KİV nümayəndələrinin diqqətinə çatdırıb.

Aksiya Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşların sosial şəbəkə üzərindən ünvanladıqları müraciətlər də Birliyin məsul şəxsləri tərəfindən cavablandırılır. Vətəndaşın fərdi yaşayış evləri ilə mənzillərin təbii qaz limitinin nə üçün eyni olması ilə bağlı ünvanladığı sualı Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev cavablandırıb. Şöbə rəisi təbii qazın limitinin və tarifinin dəyişdirilməsi kimi məsələlərin “Azəriqaz” İB-nin səlahiyyətləri çərçivəsində olmadığını bildirib. O, bina mənzilləri ilə fərdi yaşayış evləri arasında heç bir fərq olmadığını, eyni qaz qurğularından istifadə olunduğunu diqqətə çatırıb.

“Hansısa bir kateqoriyaya bölünməsi məsələsi dünya praktikasında mövcud deyil, təbii qazdan istifadə edən hər bir abonentin istehlak etdiyi təbii qazın həcmi sayğac vasitəsilə ölçülür və həmin həcmə görə təbii qazın dəyəri hesablanır” – deyə, şöbə rəisi bildirib.

Son xəbərlər

Orphus sistemi