Batumidəki neft terminalında yanğın olub

Batumidəki neft terminalında yanğın olub Gürcüstanın Batumi şəhərində yerləşən neft terminalında yanğın baş verib.
Energetika
16 Noyabr , 2020 14:16
Batumidəki neft terminalında yanğın olub

Gürcüstanın Batumi şəhərində yerləşən neft terminalında yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, terminala yaxınlaşan dizel yanacağı ilə dolu vaqon alovlanıb.

Əraziyə 15-ə yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Alovun ətrafa yayılması və partlayış təhlükəsi olsa da, yanğın artıq söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

Xatırladaq ki, terminalın və yanan vaqonun (yükün) Azərbaycana, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) aidiyyatı yoxdur. Terminalı Qazaxstanın “KazMunayGas” şirkətinin törəməsi - “KazTransOil” şirkəti idarə edir.

Son xəbərlər

Orphus sistemi