Baş katib: "Azərbaycanın Qaz İxracatçı Ölkələri Forumunun tam üzv olması üçün yaxşı şans var"

Baş katib: "Azərbaycanın Qaz İxracatçı Ölkələri Forumunun tam üzv olması üçün yaxşı şans var" Sentürin bəzi dövlətləri təşkilatda öz iştirak səviyyələrini artırmaq üçün razı salacağına ümid edir
Energetika
11 Yanvar , 2018 08:42
Baş katib: Azərbaycanın Qaz İxracatçı Ölkələri Forumunun tam üzv olması üçün yaxşı şans var

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın Qaz İxracatçı Ölkələri Forumunun (Gas Exporting Countries Forum (GECF) tam üzv olması üçün yaxşı şansı var.

“Report” xəbər verir ki, bunu qurumun baş katibi Yuri Sentürin "Nefteqazovaya vertikal" nəşrinə müsahibəsində bildirib.

Qeyd olunur ki, baş katib hazırda qurumda müşahidəçi qismində çıxış edən ölkələrlə işləməyi planlaşdırır və onları təşkilatda öz iştirak səviyyələrini artırmaq üçün razı salacağına ümid edir. Sentürinin sözlərinə görə, İraq, Qazaxıstan və Azərbaycanın tam üzv ola bilməsi üçün yaxşı şans var.

GECF dünyanın aparıcı qaz ixracatçı ölkələrini özündə birləşdirən beynəlxalq hökumətlərarası təşkilatdır. Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, BƏƏ, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya ona üzv ölkələrdir. İraq, Qazaxıstan, Niderland, Norveç, Oman və Peru müşahidəçi statusuna malikdir. Quruma üzv ölkələr dünya qaz ehtiyatlarının 67%-nə malikdirlər.

Son xəbərlər

Orphus sistemi