Barkindo: "Bütün ölkələr OPEC+ anlaşmasının uzadılmasının lehinədir"

Barkindo: "Bütün ölkələr OPEC+ anlaşmasının uzadılmasının lehinədir" Anlaşmaya yeni ölkələrin də qoşulması gözlənilir
Energetika
8 Noyabr , 2017 16:27
Barkindo: Bütün ölkələr OPEC+ anlaşmasının uzadılmasının lehinədir
OPEC baş katibi Məhəmməd Barkindo / AFP 2017/ FEDERICO PARRA

Bakı. 8 noyabr. REPORT.AZ/ Heç bir iştirakçı ölkə OPEC+ anlaşmasının 2018-ci ilin mart ayından sonra uzadılmasına etiraz etmir. Hazırda əsas müzakirələr anlaşmanın hansı tarixə qədər uzadılması ətrafında gedir.

"Report" xəbər verir ki, bu açıqlamanı OPEC-in baş katibi Məhəmməd Barkindo Vyanada verib.

"Hazırda anlaşmanın müddəti və şərtlərini müzakirə edirik. Anlaşmanın iştirakçıları bizə qoşulmaq istəyən digər neft ölkələrini dəvət edir. Yəqin ki, bəzi ölkələr anlaşmaya qatılacaq və noyabr sammitində iştirak edəcək", - deyə Barkindo bildirib.

Qeyd edək ki, noyabr ayının 30-da OPEC və təşkilata daxil olmayan neft hasilatçısı ölkələri Vyanada toplanaraq hasilatın azaldılması ilə bağlı anlaşmanı müzakirə edəcək. 

Son xəbərlər

Orphus sistemi