“Bank of America”: “Brent” neftinin qiyməti 150 dolları keçə bilər"

“Bank of America”: “Brent” neftinin qiyməti 150 dolları keçə bilər" Dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti 150 ABŞ dollarını keçə bilər.
Energetika
28 May , 2022 09:49
“Bank of America”: “Brent” neftinin qiyməti 150 dolları keçə bilər

Dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti 150 ABŞ dollarını keçə bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla “Bank of America” çıxış edib.

Bankın analitikləri hesab edir ki, bu, Rusiyanın neft ixracını kəskin azaldacağı təqdirdə baş verə bilər. Rusiyadan tədarük azalmasa, eyni zamanda Avropa İttifaqı neft embarqosunun tətbiqindən imtina etsə “Brent” neftinin qiyməti bu il orta hesabla 104,48 ABŞ dolları, gələn il isə təxminən 100 ABŞ dolları təşkil edəcək.

“Bank of America” həmçinin bəyan edib ki, təklifin çatışmazlığı fonunda yanacaq qiymətlərinin artması ilə bu il neftə sutkalıq tələbat 1,5 milyon barel azalıb. Əgər Rusiyada sutkalıq neft hasilatı 10 milyon barel qalsa və OPEC tədarükü artırsa tələb bərpa olunacaq. Artıq “Böyük yeddilik”in energetika nazirləri “OPEC”i hasilatı artırmağa çağırıblar.

Xatırladaq ki, indiyə qədər “Brent” markalı neftin bir barelinin qiyməti 147,5 ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi