​Balkan ölkələri Türkiyə-Avstriya qaz kəmərinin inşasında maraqlıdır

​Balkan ölkələri Türkiyə-Avstriya qaz kəmərinin inşasında maraqlıdır "Tesla"ya həm "Türk axını", həm də TANAP-la nəql olunacaq qaz vurula bilər
Energetika
19 Avqust , 2015 11:43
​Balkan ölkələri Türkiyə-Avstriya qaz kəmərinin inşasında maraqlıdır

Bakı. 19 avqust. REPORT.AZ/ Sentyabrda Macarıstan, Serbiya, Makedoniya və Yunanıstan xarici işlər nazirlərinin görüşməsi və Türkiyədən Avstriyaya qədər "Tesla" qaz boru kəmərinin inşası üçün anlaşma memorandumunun imzalanması gözlənilir. "Report"un İtaliya mediasına istinadən verdiyi xəbərə görə, bu barədə layihə iştirakçılarından biri deyib.

Məlumata görə, iştirakçı ölkələrin işçi qrupunun ilk görüşü iyunun 25-də keçirilib.

Əgər tərəflər razılaşarsa, 2019-cu ildə uzunluğu 1 300-1 400 km və nəqletmə gücü 27 mlrd. kubmetr olan "Tesla" istismara veriləcək. Layihənin ilkin dəyəri 4-5 mlrd. avro həcmində qiymətləndirilir.

Növbəti görüşdə texniki-iqtisadi göstəricilərin hazırlanması müzakirə ediləcək. Bu məlumat Macarıstan ərazisində qaz kəmərinin inşasına məsul olan bu ölkənin FGSZ şirkətinin nümayəndələri tərəfindən təsdiq edilib. Yekun investisiya qərarı 2016-cı ilin I rübündə qəbul ediləcək və tikinti işlərinə isə 2017-ci ilin ilk rübündə başlanacaq.

Layihənin əhəmiyyəti nəzərə alınaraq o, müvafiq statusun alınması üçün Avropa Qaz Nəqli Operatorlar Sistemi Şəbəkəsinə (The European Network of Transmission System Operators for Gas - ENTSOG) təqdim olunub. Şəbəkənin nümayəndəsi bu faktı təsdiqləyib, amma hələlik layihənin müvafiq statusunun olmadığı deyilir.

Macarıstan Xarici işlər Nazirliyinin nümayəndəsi deyib ki, "Tesla"ya həm "Türk axını", həm də TANAP (Trans-Anadolu) kəmərləri ilə nəql olunacaq qaz vurula, həmçinin bu kəmərdən əks istiqamətdə qaz ötürülməsində istifadə oluna bilər.

Son xəbərlər

Orphus sistemi