Yuxarı

​Balkan ölkələri "Türk axını" üçün ortaq boru xətti çəkə bilər

Tesla adlandırılan kəmərlə bağlı son qərarın sentyabrda veriləcəyi gözlənilir

Bakı. 27 avqust. REPORT.AZ/ Serbiya, Makedoniya, Yunanıstan və Macarıstan "Türk axını" layihəsi çərçivəsində Avropaya nəql olunacaq təbii qaz üçün ortaq qaz boru kəməri çəkəcək. "Report"un "Vedomosti" qəzetinə istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı adı çəkilən Balkan ölkələri arasında sentyabrda müvafiq razılaşma imzalanacağı gözlənilir.

Məlumata görə, bu xətt Türkiyə sərhədindən Vyanadakı (Avstriya) "Baumgarten" qazpaylayıcı stansiyasına qədər olan məsafədə uzanacaq.

"Tesla" adlandırılan kəmərlə bağlı son qərarın isə sentyabrda veriləcəyi gözlənilir.

Qeyd edək ki, illik ötürmə gücü 27 mlrd. kubmetr olan "Tesla"nın 2019-cu ildə fəaliyyətə başlaması ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi