Bakının Xətai rayonunda qaz kəsiləcək

Bakının Xətai rayonunda qaz kəsiləcək Bakı. 10 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Energetika
102
10 Dekabr , 2018 18:57
Bakının Xətai rayonunda qaz kəsiləcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumata görə, Ukrayna dairəsindən Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108159 millimetrlik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar dekabrın 11-də saat 09:00-dan təmir işləri yekunlaşana qədər Xətai rayonunun Gəncə, Babək prospektləri, Azadlıq, Mədinə Gül-Gün, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov, Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi