Xəzər rayonunda "Sahil" xəttindən qidalanan qaz xəttində bu gün səhər saatlarında qaz sızması aşkarlanıb.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, sızmanın aradan qaldırılması ilə bağlı olaraq bir müddət Mərdəkan, Şüvəlan qəsəbələrinin bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulacaq.