Bakının daha bir yaşayış massivinə təbii qaz verilib

Bakının daha bir yaşayış massivinə təbii qaz verilib Bu gün Bakının Sabunçu rayonu keçmiş Hövsan südçülük sovxozunun ərazisində Lələtəpə adlandırılan məhəllədəki yeni massivə təbii qazın verilişi təmin olunub.
Energetika
31 Yanvar , 2020 12:32
Bakının daha bir yaşayış massivinə təbii qaz verilib

Bu gün Bakının Sabunçu rayonu keçmiş Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədəki yeni massivə təbii qazın verilişi təmin olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 281 fərdi yaşayış evindən ibarət həmin ərazinin qazlaşdırılması üçün uzunluğu 11 652 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi