Bu məqsədlə Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrinin elektrik təchizatının dayanıqlığı və etibarlılığını təmin edən 110 kV-luq dairəvi elektrik təchizatı sisteminə daxil olan 110/35/6 kV-luq 230 saylı, 110/35/6 kV-luq "BMKZ", 110/35/6 kV-luq 227 saylı, 110/35/10 kV-luq "Liman", 110/35/6 kV-luq "İçərişəhər", 110/35/6 kV-luq "Bayıl", 110/35/6/10 kV-luq "Badamdar" yaırmstansiyalarında və bu stansiyalar arasında olan 110 kV-luq kabel xətlərinin kanallarında təftiş işləri aparılıb. Həmçinin, 98 km 110 kV-luq, 230 km 35 kV-luq hava xətlərində təmir və profilaktika işləri aparılaraq, xətlərdəki ilgəclər, dayaqlardakı bolt birləşmələri yoxlanılıb.
Qurumdan verilən məlumata görə, 7 ədəd 110 kV-luq yarımstansiyada ( "Yasamal-1", "Yasamal-2", "Bayıl", "Dağlıq", "Dərnəgül-1", 227 və "Xoca Həsən") transformatorların yük altında təmizləyici qurğuları təftiş olunub və müvafiq vəziyyətə gətirilib, 110/35/10 kV-luq "Günəşli", "Bakıxanov", "Dağlıq", "Dərnəgül-2", "Radiozavod" yarımstansiyalarında transformatorların soyutma sistemləri təmir olunub, bu işlər 32 ədəd 35 kV-luq yarımstansiyalarda da aparılıb.
Qeyd edək ki, payız-qış mövsümünə hazırlıq işləri digər rayon və qəsəbələrdə də aparılıb.