​Dekabrın 22-də borclu abunəçilərin işığı kəsiləcək

​Dekabrın 22-də borclu abunəçilərin işığı kəsiləcək "Bakıelektrikşəbəkə": Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma hallarının olmaması üçün reydlər keçiriləcək
Energetika
17 Dekabr , 2014 10:33
​Dekabrın 22-də borclu abunəçilərin işığı kəsiləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bakıelektrikşəbəkə" ASC dekabrın 22-də saat 12:00-dan etibarən borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatını qeyd-şərtsiz və fərdi qaydada dayandıracaq. "Report" xəbər verir ki, bu barədə "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, enerji təchizatı dayandırılmış abonentlər haqqında informasiya bazasında müvafiq qeydlər aparılacaq və borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma hallarının olmaması üçün reydlər keçiriləcək.

"Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması üçün "Bakıelektrikşəbəkə" tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi