Bakıda OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilib - VİDEOREPORTAJ

Bakıda OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilib - VİDEOREPORTAJ Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutub
Energetika
18 Mart , 2019 16:50
Bakıda OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilib - VİDEOREPORTAJ

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. 

"Report" xəbər verir ki, iclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutub.

Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC-in prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak ediblər.

Tədbirə həmçinin OPEC-in üzvləri Əlcəzair, BƏƏ, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılıb. 

Son xəbərlər

Orphus sistemi