Bakıda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair iclas keçirilib

Bakıda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair iclas keçirilib İclasda eyni zamanda Çoxtərəfli Qrupun Davranış Kodeksi qəbul olunub
Energetika
22 Avqust , 2016 18:35
Bakıda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair iclas keçirilib

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

"Report"un ARDNF-ə istinadən verdiyi xəbərə görə, iclas zamanı tərəflər mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlıq işləri, 2015-ci il MHŞT hesabatlılığının Başlanğıc Hesabatını, MHŞT üzrə qiymətləndirmə prosesinin gedişi, MHŞT-ni tətbiq edən ölkələrdə Elektron Hesabatlılıq Sistemi və bu sistemin Azərbaycanda tətbiqinin mümkünlüyü, MHŞT-də baş verən proseslərin və onların nəticələrinin ictimaiyyət üçün işıqlandırılması və digər məsələləri müzakirə ediblər.

İclasda eyni zamanda ÇQ-nin Davranış Kodeksi qəbul olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Son xəbərlər

Orphus sistemi