Bakıda hasar qaz xəttinin üstünə aşıb

Bakıda hasar qaz xəttinin üstünə aşıb Bakının Xəzər rayonunun Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.
Energetika
5 Noyabr , 2019 16:26
Bakıda hasar qaz xəttinin üstünə aşıb

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. 

Baş verən qaz sızmasını aradan qaldırmaq üçün 1 000-dən çox abunəçinin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Təqribən, saat 17:00 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi