​Bakıda EBRD-nin "Energocredit" proqramının təqdimatı olub

​Bakıda EBRD-nin "Energocredit" proqramının təqdimatı olub "Energocredit"in icrası üçün 125 mln. dollar ayrılıb
Energetika
151
25 Noyabr , 2014 13:48
​Bakıda  EBRD-nin Energocredit proqramının təqdimatı olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Davamlı Enerji Maliyyə Mexanizmi - "Energocredit" Proqramının açılış tədbiri keçirilib. Bu barədə "Report"a EBRD-nin Bakı ofisindən məlumat verilib.

Məlumata görə, tədbirin əsas məruzəçiləri EBRD, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avstriya Maliyyə Nazirliyinin nümayəndələri olub.

Qeyd edək ki, "Energocredit" 125 mln. ABŞ dolları həcmində kredit xətti ilə regionda fəaliyyətə başlayacaq EBRD-nin Qafqazda Enerji Effektivliyi Proqramının bir hissəsidir (QEEP). "Energocredit" xətti yerli tərəfdaş banklar vasitəsilə bütün sektorlarda və istənilən həcmli şəxsi bizneslərin enerji səmərəli və bərpa olunan enerji layihələrinə sərmayə yatırmaq marağı olan şəxslər üçün mümkündür.

Son xəbərlər

Orphus sistemi