Bakıda bir neçə yerdə ağac qaz kəmərinin üstünə düşüb

Bakıda bir neçə yerdə ağac qaz kəmərinin üstünə düşüb Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Yasamal rayonu “Qanlı göl” adlanan ərazidə yerləşən yeni yaşayış massivində ağacı 76 mm diametrində olan qaz xəttinin üzərinə aşırıb.
Energetika
7 Fevral , 2020 14:37
Bakıda bir neçə yerdə ağac qaz kəmərinin üstünə düşüb

Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Yasamal rayonu “Qanlı göl” adlanan ərazidə yerləşən yeni yaşayış massivində ağacı 76 mm diametrində olan qaz xəttinin üzərinə aşırıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz sızmasının qarşısı alınıb. Bərpa işləri aparılır.

Sabunçu rayonunda Savalan yaşayış massivində “David” marketin yaxınlığında vətəndaşa məxsus həyətyanı sahənin hasarının uçması nəticəsində 50 mm diametrində siyirtmə qırılıb. Müvəqqəti olaraq 50 abonentin qaz təchizatı dayandırılıb.

Xətai rayonu, Mehmandarov küçəsində, hazırda fəaliyyət göstərməyən çörək sexinə məxsus qaz xəttinin üzərinə ağac aşıb. Kəmər birləşmə yerindən qopub.

Son xəbərlər

Orphus sistemi