Bakıda bir neçə yaşayış massivinə qaz verilib

Bakıda bir neçə yaşayış massivinə qaz verilib Bu gün Bakı şəhərində bir neçə yaşayış massivində qaz açılışları baş tutub.
Energetika
30 Dekabr , 2019 17:48
Bakıda bir neçə yaşayış massivinə qaz verilib

Bu gün Bakı şəhərində bir neçə yaşayış massivində qaz açılışları baş tutub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi "1-ci massiv", "1-a massivi", "2-a massivi" və "1-ci təzə yurd" adlandırılan ərazilərdə 235, Sabunçu rayonu, Zabrat qəsəbəsi, "Dağüstü" adlandırılan ərazidəki yeni massivdə isə 33 fərdi yaşayış evinə qaz verilib. Ümumilikdə, qazlaşma işlərində iki massivdə 19 307 metr uzunluğunda polad və polietilən borulardan istifadə edilib.

Son xəbərlər

Orphus sistemi