Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 3% artıb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 3% artıb Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 4 508,8 mln. kubmetr qaz nəql edilib.
Energetika
16 Mart , 2018 16:50
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 3% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 4 508,8 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% artım müşahidə olunub. Qazın nəqlinin 29,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 1,334 mlrd. kubmetr qaz ötürülüb. Bu həcm ötən ilin müvafiq dövründən 3% artıqdır.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi