Yuxarı
    Bağlamaq

    ​Bakı-Tbilisi-Ərzurum kəmərində partlayış olub

    Partlayışın səsi 20 km məsafədə eşidilib və hadisə ilə əlaqədar qazın verilməsi dayandırılıb

    Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsi ərazisində Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində partlayış baş verib. 

    "Report" Türkiyə mediasına istinadən xəbər verir ki, Qars valisi Günay Özdəmirin sözlərinə görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

    Məlumata görə, partlayışın səsi 20 km məsafədə eşidilib və hadisə ilə əlaqədar qazın istehlakçılara verilməsi dayandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi