Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 % artıb

Energetika
  • 12 oktyabr, 2023
  • 07:41
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 29 milyard 954,4 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin 9 ayına nisbətən 5,1 % artım müşahidə olunub.

Qazın nəqlinin 54,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 16 milyard 419 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti