Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb

Energetika
  • 15 dekabr, 2023
  • 10:08
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 36 milyard 036,2 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin 11 ayına nisbətən 2,6 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 55,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 19 milyard 927,8 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,45 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti