Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 50 % artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 50 % artıb Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 3549,3 mln kubmetr qaz nəql edilib
Energetika
18 Fevral , 2021 10:30
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 50 % artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 3549,3 mln kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar ayına nisbətən 12,2 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 45,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 1607,1 mln kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 50 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi