Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 43 % artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 43 % artıb Bu ilin ilk yarım ilində Azərbaycanın magistral qaz kəmərləri ilə 17 milyard 070,4 milyon kubmetr qaz nəql edilib
Energetika
15 İyul , 2021 10:42
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 43 % artıb

Bu ilin ilk yarım ilində Azərbaycanın magistral qaz kəmərləri ilə 17 milyard 070,4 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 9,5 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 49 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 8 milyard 368,5 milyon kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 43,5 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi