Ötən il Bakı-Supsa kəməri ilə 3,75 mln. ton neft nəql edilib

Ötən il Bakı-Supsa kəməri ilə 3,75 mln. ton neft nəql edilib Bakı-Supsa neft kəməri ilə (Qərb İxrac boru kəməri) 2019-cu ildə 3 750,4 min ton xam neft ixrac edilib.
Energetika
23 Yanvar , 2020 12:08
Ötən il Bakı-Supsa kəməri ilə 3,75 mln. ton neft nəql edilib

Bakı-Supsa neft kəməri ilə (Qərb İxrac boru kəməri) 2019-cu ildə 3 750,4 min ton xam neft ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cuil üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Bu göstərici 2018-ci illə müqayisədə (3 750,8 min ton) cüzi azdır.

Qeyd edək ki, Qərb İxrac Boru Kəməri Xəzərdəki neft yataqlarından xam nefti Qara dəniz sahilinə nəql edir və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Bu kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları adından onu istismar edir.

Kəmərin tikintisi Azərbaycan ilə Gürcüstan arasında 1996-cı ilin aprel ayında bağlanmış Hökumətlərarası Sazişin ratifikasiyasından sonra başlanıb və 1998-ci ilin noyabr ayında başa çatıb. Kəmər 1999-cu ilin fevralından istismardadır, Supsa terminalının açılışı isə həmin ilin 17 aprel tarixində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi