Bakı şəhərinin elektrik enerjisinə olan tələbatı yaxın 8 ildə 13 mlrd. kVt/saata çatacaq

Bakı şəhərinin elektrik enerjisinə olan tələbatı yaxın 8 ildə 13 mlrd. kVt/saata çatacaq Bununla yanaşı, sayğacların göstəricilərinin onlayn rejimdə oxunması təmin ediləcək
Energetika
1843
20 Oktyabr , 2017 09:21
Bakı şəhərinin elektrik enerjisinə olan tələbatı yaxın 8 ildə 13 mlrd. kVt/saata çatacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Son illərdə Bakı şəhərinin elektrik enerjisinə olan tələbatı illər üzrə 3-4% artımla müşayət olunduğundan, 2025-ci ilədək paytaxtın elektrik enerjisinə olan güc ehtiyacı 3 000 MVt sərf olunacaq elektrik enerjisinin miqdarı 12-13 mlrd. kVt/saat olması gözlənilir". 

"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin sədri Baba Rzayev rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

B.Rzayevin sözlərinə görə, Bakı şəhərinin və şəhərətrafı ərazilərin inkişaf sürəti və istehlakçıların elektrik enerjisinə olan tələbatının artım dinamikası şəbəkənin texniki imkanlarından daha yüksəkdir: "Şəbəkənin aktivlərinin uzun müddət ərzində istismarda olması, onların fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksək olması, ələlxüsus son illərdə paytaxtda şəhərsalmanın böyük vüsət alması nəticəsində güc artımının yüksək həddə çatması bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Bakı şəhərinin inkişafı ilə bağlı sənaye, istehsal, kommunal və məişət sahələrində elektrik enerjisinə olan tələbatının artım dinamikası şəbəkənin texniki imkanlarından daha yüksəkdir. Bu isə şəhərin yaşayış və inzibati rayonlarında, sənaye zonalarında elektrik yüklərinin kəskin artmasına səbəb olub. Bakı şəhərinin elektrik şəbəkələrində iri miqyaslı yenindənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılmış, elektrik enerjisi itkilərinin azadılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılmış, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılmış, yeni 110, 35, 10, 6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb".

"Azərişıq" sədri deyib ki, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 1 974 ədəd 10-6 kV-luq YS inşa edilib, 28 093 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 239 532 ədəd dayaq quraşdırılıb.

Rayonlarda keçən 1950-60-cı illərdən tikilib istismara verilmiş payılayıcı elektrik şəbəkələrinin 85%-i öz istismar müddətini başa vurduğundan regionlarda şəbəkələrin əlaqələndirilməsi radial sxem üzrə yerinə yetirilir ki, bu da elekrik təchizatının dayanıqlığını və etibarlığını təmin etmir. Bu istiqamətdə “Azərişıq” ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2 920 ədəd 10-6 kV-luq YS inşa edilib, 17 725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 337 982 ədəd dayaq quraşdırılıb.

Bu ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Şəmkir avtomatik idarəetmə və nəzarət mərkəzinin fəaliyyətə başlaması ilə “Azərişıq” ASC bir ilkə imza atıb. Çünki bu, respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət sistemi layihəsi idi. Bu layihənin icrası ilə alçaq gərginlikli və yüksək gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, sayğacların göstəricilərinin onlayn rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısının alınması təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi