Bakı Neft Emalı Zavodunun emal dərinliyi artırılıb

Bakı Neft Emalı Zavodunun emal dərinliyi artırılıb Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun emal dərinliyi 92% təşkil edir.
Energetika
30 Noyabr , 2017 13:27
Bakı Neft Emalı Zavodunun emal dərinliyi artırılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun emal dərinliyi 92% təşkil edir.

"Report" xəbər verir ki, bunu Zavodun baş mühəndisi Rasim İbrahimov bildirib.

O qeyd edib ki, gələn il də zavodun emal dərinliyi builki səviyyədə ola bilər.

"Hazırda zavodun emal dərinliyi 92% təşkil edir. Düşünürük ki, emal dərinliyi 92% və daha çox ola bilər. Zavodda mazut istehsal olunmadığına görə, emal dərinliyi artırılır", - deyə R.İbrahimov əlavə edib.

Qeyd edək ki, ötən il BNEZ-in emal dərinliyi 89,5% təşkil edib.

Son xəbərlər

Orphus sistemi