Yuxarı

"Baker Hughes": Quyuların sayı 1,3% azalıb

Azalma əsasən Amerika qitəsində baş verib

Bakı. 7 iyun. REPORT.AZ/ Neft və qaz qazma quyularının sayı may ayında 19 ədəd və ya 1,3% azalaraq 1405 ədəd təşkil edib. 

Report", ABŞ-ın neft-qaz sektoru xidmət şirkəti olan "Baker Hughes"ə istinadən xəbər verir ki, keçən ilin analoji dövrü ilə müqayisədə quyuların sayı 722 ədəd və ya 33,9% azalıb.

ABŞ-da quyuların sayı hesabat dövründə 29 ədəd və ya 6,6% azalaraq 408, Kanadada 1 ədəd və ya 2,4% artaraq 42 ədəd təşkil edib. Latın Amerikasında isə neft-qaz quyularının sayı may ayı ərzində 15 ədəd və ya 7,3% azalaraq 188-ə enib.

Avropada quyuların sayı may ayında 5 ədəd və ya 5,5% artaraq 95 , Yaxın Şərqdə 7 ədəd və ya 1,8% artaraq 391 ədəd, Afrikada isə 1 ədəd və ya 1,1% artaraq 91 ədəd təşkil edib. Asiya-Sakit Okean bölgəsində isə quyuların sayı 11 ədəd və ya 6,1% yüksələrək 190-a çatıb.

Qeyd edək ki, "Baker Hughes" 1944-cü ildən ABŞ və Kanadada neft-qaz quyularının statistikasını aparır, 1975-cü ildən isə şirkət dünya üzrə seqmentin monitorinqini aparmağa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi