“Bahar” yatağı üzrə xam neft hasilat proqnozu yerinə yetirilməyib

“Bahar” yatağı üzrə xam neft hasilat proqnozu yerinə yetirilməyib Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” yatağı üzrə proqnoza qarşı xam neft hasilatı 75 % icra edilib
Energetika
9 İyun , 2021 17:16
“Bahar” yatağı üzrə xam neft hasilat proqnozu yerinə yetirilməyib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” yatağı üzrə proqnoza qarşı xam neft hasilatı 75 % icra edilib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, neft hasilatı proqnozunun yerinə yetirilməməsi, COVID-19 pandemiya, dünya bazarında karbohidrogenlərin qiymətlərinin düşməsi səbəbindən OPEC + razılaşmasına uygun olaraq neft hasilatının məhdudlaşdırılması ilə əlaqədardır. Yüksək hasilatlı qaz quyularının geoloji-texniki səbəbdən dayanması "Bahar" yatağında qaz hasilatının aşağı olmasına səbəb olub.

"Bahar" yatağından karbohidrogenlərin satışından 150 min ABŞ dolları daxil olub ki, bu da proqnoza qarşı 100 % təşkil edib.

Xatırladaq ki, "Bahar" yatağı qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.

"Bahar Energy Limited" əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın "Greenfields Petroleum" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi