"Bahar" - "Qum dəniz" yataqları blokundan əldə olunan gəlir artıb

"Bahar" - "Qum dəniz" yataqları blokundan əldə olunan gəlir artıb 2018-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda Bahar və Qum dəniz yatağının daxil olduğu blokun hasilatından əldə olunan gəlirin həcmi 31 milyon dollar təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 5 faiz çoxdur.
Energetika
4 May , 2019 21:37
Bahar - Qum dəniz yataqları blokundan əldə olunan gəlir artıb

2018-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" və "Qum dəniz" yatağının daxil olduğu blokun hasilatından əldə olunan gəlirin həcmi 31 milyon dollar təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 5 faiz çoxdur.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Bahar Energy Limited" törəmə şirkəti vasitəsi ilə sözügedən neft-qaz yataqları blokunun istismar layihəsinin operatoru olan "Greenfields Petroleum Corporation" şirkətinin hesabatında deyilir.

Eyni zamanda qeyd olunur ki, 2018-ci ilin dördüncü rübündə daxilolma həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalıb.

Hesabata görə, 2018-ci ilin IV rübündə əməliyyat xərcləri 7,7 mln. dollar və 2018-ci il ərzində isə 23,4 mln. dollar təşkil edib. 2017-ci ildə bu rəqəmlər müvafiq olaraq 4,8 və 20,9 mln. dollara bərabər olub.

Həmin dövrdə kapital xərclər müvafiq olaraq 0,9 mln. dollar və 4,7 mln. dollar olub.

Ötən ilin IV rübündə "Qum Dəniz" yatağında neft hasilatı gündəlik 737 barel təşkil edib ki, bu da həmin ilin III rübü ilə müqayisədə 7 faiz çoxdur.

"Greenfields Petroleum"un bu yataqlardakı iştirak payı 80%-dir , qalan 20% SOCAR-a məxsusdur.

Son xəbərlər

Orphus sistemi