Bu il “Bahar-Qum-dəniz” blokunda hasilatın artacağı gözlənilir

Bu il “Bahar-Qum-dəniz” blokunda hasilatın artacağı gözlənilir Bakı. 4 yanvar. REPORT.AZ/ 2019-cu ildə “Bahar-Qum-dəniz” blokunda neft-qaz hasilatının artacağı proqnozlaşdırılır.
Energetika
4 Yanvar , 2019 17:28
Bu il “Bahar-Qum-dəniz” blokunda hasilatın artacağı gözlənilir

Bakı. 4 yanvar. REPORT.AZ/ 2019-cu ildə “Bahar-Qum-dəniz” blokunda neft-qaz hasilatının artacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu il “Qum-dəniz” neft yatağından 0,372 mln. barel neft, “Bahar” qaz yatağından isə 222 mln. kubmetr qaz hasilatı proqnozlaşdırılır.

Bu il “Qum-dəniz” yatağından hasilatın həcmi 2018-ci ilin proqnozundan 9,7%, 2017-ci ilin icra göstəricisindən isə 86%, “Bahar” yatağında qaz hasilatının həcmi ötən ilin proqnozundan 10%, 2017-ci ilin icrasından 23% çoxdur.

Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur.

Son xəbərlər

Orphus sistemi