“Bahar-Qum dəniz” bloku üzrə satışdan gəlir 6 mln. dolları ötüb

“Bahar-Qum dəniz” bloku üzrə satışdan gəlir 6 mln. dolları ötüb Bu ilin I rübündə “Greenfields Petroleum Corporation” “Bahar” qaz və “Qum dəniz” neft yatağı üzrə satışdan 6,3 mln. dollar gəlir əldə edib. Bu isə ötən ilin I rübündən 10% azdır.
Energetika
3 İyun , 2019 18:26
“Bahar-Qum dəniz” bloku üzrə satışdan gəlir 6 mln. dolları ötüb

Bu ilin I rübündə “Greenfields Petroleum Corporation” “Bahar” qaz və “Qum dəniz” neft yatağı üzrə satışdan 6,3 mln. dollar gəlir əldə edib. Bu isə ötən ilin I rübündən 10% azdır.

“Report” xəbər verir ki, bu barədə “Greenfields Petroleum Corporation” məlumat yayıb.

Satışın həcmi orta hesabla gündəlik 525 barel xam neft, 14,545 mln. kubfut qaz, yaxud da 2,949 barel neft ekvivalenti olub. Xam neftin satış həcmi 12%, qaz satışı 2% azalıb.

Şirkətin əməliyyat xərcləri 5,4 mln. barel olub ki, bu da ötən ilin müvafiq dövründən 8% çoxdur. Hesabat dövründə şirkətin əsaslı xərcləri 57% azalaraq 0,6 mln. dollar olub.

Ümumilikdə, I rübdə neft hasilatı gündəlik 665 barel təşkil edib ki, bu da 2018-ci ilin IV rübü ilə müqayisədə 10% azdır. “Bahar” yatağından I rübdə qaz hasilatının həcmi isə 14% azalaraq 18,209 mln. kubfut olub.

Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur.

Son xəbərlər

Orphus sistemi