Baba Rzayev: “Azərenerji" Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya istismara verib”

Baba Rzayev: “Azərenerji" Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya istismara verib” 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 % enerji çatdırılıb
Energetika
16 Oktyabr , 2023 10:46
Baba Rzayev: “Azərenerji Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya istismara verib”

Bu günə kimi "Azərenerji" ASC Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikərək istismara verib.

“Report”un məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, 700 kilometrdən artıq 330 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 % enerji çatdırılıb: “Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”.

B. Rzayev qeyd edib ki, bu il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib: “Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda "Azərenerji" tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və yarımstansiyalarda təmir-bərpa işləri həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi