Baba Rzayev: "Azərenerji"nin Türkiyədəki törəməsi bir neçə ölkəyə enerji ixrac edir"

Baba Rzayev: "Azərenerji"nin Türkiyədəki törəməsi bir neçə ölkəyə enerji ixrac edir" " Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracı həyata keçirilir".
Energetika
22 Dekabr , 2021 15:28
Baba Rzayev: Azərenerjinin Türkiyədəki törəməsi bir neçə ölkəyə enerji ixrac edir
Baba Rzayev

"Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracı həyata keçirilir".

"Report" xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.

B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla enerji mübadiləsi reallaşdırılır.

Hazırda Azərbaycan Rusiya, İran, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ixrac edir.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində elektrik enerjisinin ixracı 1 milyard 389,5 milyon kVt/saat olub. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 milyon kVt/saat çoxdur.

Bu dövrdə elektrik enerjisinin idxalı 141 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 milyon kVt/saat artıb.

Son xəbərlər

Orphus sistemi