​Azərbaycan Energetika Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI

​Azərbaycan Energetika Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI Nazirliyin kollegiyasının tərkibi 9 nəfərdən ibarətdir
Energetika
8 Oktyabr , 2014 17:10
​Azərbaycan Energetika Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti Energetika Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib.

“Report” xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib, həmçinin kollegiyanın sədri və üzvləri təsdiqlənib.

Qərara əsasən, kollegiyanın sədri energetika naziri Natiq Əliyev olacaq.

Kollegiyanın üzvləri isə Cavadov Gülməmməd Süleyman oğlu (energetika nazirinin müavini), Abbasov Natiq Balaş oğlu (energetika nazirinin müavini), Hüseynov İftixar Hüseyn oğlu, Energetika Nazirliyinin Aparatının rəhbəri, Ağayev İbrahim Hümbət oğlu (Energetika Nazirliyinin hüquqi münasibətlər şöbəsinin müdiri), Məmmədov Məhəbbət Aşır oğlu (Energetika Nazirliyinin dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri), Məsimova Xalidə Məhəmməd qızı (Energetika Nazirliyinin enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri), Məmmədov Pərviz Həsən oğlu( Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi), Zeynalov Asif Əli oğlu (Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi) təyin edilib.

Son xəbərlər

Orphus sistemi